Rusiyada idxal olunan zeytun yağının qiyməti bahalaşıb.
Medianews.az “ İzvestiya” qəzetinlə istinadla xəbər verir ki, Pərakəndə Şirkətlər Assosiasiyasından (AKORT) verilən məlumata görə, yağın orta qiyməti 40-50 % artıb.
Rusiyalı ekspert bu artımı digər ölkələrdən gələn zeytun məhsulunun azalması, eləcə də rublun avroya nisbətdə ucuzlaşması ilə əlaqələndirir.
Ekspert qeyd edib ki, zeytun yağının qiymətində yenidən artım proqnozlaşdırılır.
Lakin bu prosesin mərhələli olacağını bildirib.
Medianews.az