Rus alimləri dünyanın ən soyuq yeri kimi tanınan Antarktidada qarpız yetişdirməyə nail olublar.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, rus dilində “Bitkilər” mənasını verən “Rastenia” adlanan layihdə alimlər 103 günə qarpız yetişdiriblər.
Belə ki, Rusiyanın Arktika və Antarktika Tədqiqat İnstitutunun (AARI) verdiyi açıqlamada, dünyanın ən soyuq nöqtəsi olan Vostok stansiyasında qarpız yetişdirilməsinin ilk sınağı uğurla başa çatıb.
Stansiyada yaradılan xüsusi istixanada havanın temperaturu və rütubəti təmin edilib.
Medianews.az