Rusiyanın paytaxtı Moskvanı hədəf alan dron hücumları ilə bağlı narahatlıqlar digər ölkələrə də sirayət edib.
Medianews.az xəbər verir ki, Ukraynanın PUA ilə Moskvaya hücumları səbəbindən Türkmənistan bu şəhərə uçuşları dayandırıb.
Türkmənistanın dövlət hava yolu şirkəti Türkmənistan Hava Yolları tərəfindən edilən açıqlamada, Aşqabad-Moskva uçuşlarının təhlükəsizliklə bağlı narahatlıq səbəbiylə dayandırıldığı bildirilib.
Bildirilib ki, Türkmənistandan gələn təyyarələr Moskvadan 700 kilometr aralıda yerləşən Rusiyanın Kazan şəhərinə uçacaq.
Qeyd edək ki, Moskvadakı Vnukovo hava limanı da hücumlara görə bir müddət bağlanıb.
Medianews.az