Polşa Belarus sərhədində qoşunlarının sayını artıracaq və bölgəyə əlavə qüvvələr, o cümlədən döyüş helikopterləri yerləşdirəcək.
Medianews.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyindən məlumat verilib.
Verilən yazılı açıqlamada yüksək rütbəli hərbçilərin Belarusla bağlı bir araya gəldiyi qeyd edilib.
Bu gün iki Belarus helikopterinin sərhəd yaxınlığında görünərək Polşa hava məkanına daxil olduğu da qeyd edilib:
“Belarus tərəfi daha əvvəl Polşa tərəfini təlimlə bağlı məlumatlandırmışdı. Sərhəd keçidi Bialowieza bölgəsində çox aşağı hündürlükdə baş verib ki, bu da radar sistemləri tərəfindən aşkarlanmağı çətinləşdirib”.
Açıqlamada hadisə ilə bağlı NATO-nun məlumatlandırıldığı bildirilib:
“Müdafiə naziri Mariuş Blaşçak sərhəddəki qoşunların sayının artırılması və bölgəyə əlavə qüvvələrin, o cümlədən döyüş helikopterlərinin göndərilməsi barədə göstəriş verib”.
Bəyanatda qeyd olunub ki, Belarusun müvəqqəti işlər vəkilinin baş vermiş insidenti izah etmək üçün Polşa Xarici İşlər Nazirliyinə çağırılması qərara alınıb.
Medianews.az