10 ildir müqəddəs kitab paylamaq bəhanəsi ilə müxtəlif xeyriyyə qurumlarından 33 milyon dollar mənimsəyən şəxs axtarılır.
Medianews.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Departamentinin verdiyi açıqlamada bildirilib.
Məlumata görə, ABŞ-ın Corciya ştatında Ceyson Cerald Şenk adlı şəxs 10 ilə yaxındır ki, ölkədəki xeyriyyə təşkilatlarından və fərdlərdən 33 milyon dollardan çox ianə toplayaraq Çində İncil paylamağı və müxtəlif dini kitab çap etdirəcəyini vəd edib.
45 yaşlı Şenkin pulu şəxsi xərclər üçün istifadə etdiyi müəyyən edilib. O, daha sonra Çinin müxtəlif əyalətlərinə nə qədər İncilin paylanıldığına dair saxta statistik məlumatları özündə əks etdirən saxta elektron qaimə-fakturaları aldadılmış xeyriyyə təşkilatlarına göndərib.
Daha sonra məlum olub ki. Şenk ailə təsərrüfatına 7 milyon, 16 həyat sığortasına 4 milyon, onlayn idman qumar saytına 1 milyon, zinət əşyalarına 1 milyon, ABŞ şirkətinin səhmlərinə 850 min, kredit kartı ödənişlərinə 820 min və daşınmaz əmlaka 320 min dollar xərcləyib.
Prokurorlar onun 2010-cu illərin əvvəllərindən bəri əsasən Ohayo və Şimali Karolinadakı xristian qruplarından ianə topladığı vəsaitin bir hissəsini əməliyyatların mahiyyətini gizlətmək üçün dünyanın müxtəlif yerlərində bank hesabları olan müxtəlif şirkətlərə yönəltdiyini söyləyib.
ABŞ-ın Cənub Bölgəsi Prokurorluğundan Barry Paschal The Daily Beast xəbər portalına bildirib ki, Şenk 2016-cı ildə ABŞ vergi orqanına illik ərizə vermək tələbindən yayınmaq üçün ABŞ vətəndaşlığından imtina edib:
“O, indi axtarışdadır, hər yerdə ola bilər, amma biz onun harada olduğunu bildiyimizi düşünürük”
Bildirilib ki, şüphəli indiyə qədər oxşar cinayətlərdən səbəbindən 20 il həbs cəzası çəkib.
Medianews.az