Xəbər verdiyimiz kimi, Pakistanda bir neçə gün öncə baş vermiş terror aktı nəticəsində ölənlərin sayı hər keçən gün artır.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, Pakistanın Hayber Paxtunxva əyalətinin Bacaur bölgəsində koalisiya hökumətinin ortağı İslam Üləma Partiyasının (JUI-F) üzvlərinin konqresə təşkil etdiyi hücum nəticəsində ölənlərin sayı 56-ya çatıb.
Səlahiyyətlilər terror aktında həyatını itirənlərdən 23-nün uşaq olduğunu bildirib.
Qeyd edək ki, İŞİD terror təşkilatı sosial media hesablarından paylaşım edərək hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb.
Medianews.az