Antalyada 5 ulduzlu oteldə istirahət edən rusiyalı turist çamadanına səhər yeməyi məhsulları, çantalara doldurulmuş su qabları, mineral su, torbalı meyvələr və otel dəsmallarını qoyub.
Təmizləmək üçün girdiyi otaqda açıq çamadandakı məhsulları görən xadimə təəccüblənib.
Çamadanın otelin materialları, yemək və içkilərlə doldurulduğunu görüb otel rəhbərliyinə məlumat verib.
Çamadanlar otel rəsmiləri tərəfindən yoxlanılıb. Çamadandan çıxarılan məhsullar barədə protokol tərtib edilib və geri götürülüb.
Medianews.az