Yaponiyanın Okinava əyalətinə yaxınlaşan “Xanın” qasırğası həyatı iflic edib.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, Naha hava limanından və Miyako hava limanında planlaşdırılan 420 reys ehtiyat məqsədi ilə ləğv edilib.
Hava limanlarının terminalları müvəqqəti bağlanıb.
Qasırğanın sürətinin saatda 216 kilometrə çatacağı gözlənilir.
Axşam saatlarından etibarən qasırğanın istiqamətini qərbə doğru dəyişəcəyi gözlənilir.
Okinavada küləyin maksimal sürətinin bu gün saatda 216, sabah isə saatda 234 kilometrə çata biləcəyi xəbərdarlığı edilib.
Yerli hakimiyyət orqanları sel və sürüşmə, eləcə də güclü külək nəticəsində tikililərin zədələnməsinə qarşı hazırlıq görüb.