İnegöl Mütəşəkkil Sənaye Bölgəsində fəaliyyət göstərən iplik fabrikində naməlum səbəbdən yanğın baş verib.
Hadisə ilə bağlı İnegöl və ətraf rayonlardan çoxlu sayda yanğınsöndürən hadisə yerinə göndərilib.
Bildirilib ki, fabriklər evakuasiya edilib, bəzi işçilər yaralanıb, bəziləri isə tüstüdən təsirlənib. Ətrafdakı xəstəxanalara aparılaraq müalicə altına alınan yaralıların sağlamlıq vəziyyətlərinin yaxşı olduğu öyrənilib. İplik, metal və mebel istehsal edən 4 fabrikdə davam edən yanğın 80 nəfərlik yanğınsöndürmə qrupu ilə davam edir.
Söndürmə işlərinə dəstək olmaq üçün Meşə Əməliyyat Müdirliyindən də vertolyotlar istənilib. Yanğına havadan müdaxilə başlayıb.
Digər tərəfdən Bursa valisi Yakup Canbolat və İnegöl Baş məmuru Eren Arslan bölgəyə gedərək görülən işlər haqqında məlumat alıblar.
Medianews.az