Dünyanın ən yaşlı insanı 128 yaşında vəfat edib.
Medianews.az “The Daily Mail”-ə istinadla xəbər verir ki, Braziliya vətəndaşı olan bu şəxs 128 yaşında ad günündən bir neçə gün əvvəl dünyasını dəyişib.
Dünyanın ən yaşlı insanı olan Xose Paulina Qomez 4 avqust 1895-ci ildə anadan olub.
Onun 7 övladı, 25 nəvəsi, 42 nəticəsi və 11 kötücəsi var.
O, uzun ömrlü insan olsa da, heç vaxt Ginnesin Rekordlar kitabına düşmək üçün müraciət etməyib.
Qeyd edək ki, 128 yaşlı Xose Paulina orqan çatışmazlığından bu gün dünyasını dəyişib.
Medianews.az