Çin Dövlət Təhlükəsizlik Nazirliyinin rəsmi WeChat hesabında casusluqla mübarizə ilə bağlı açıqlama verilib.
Bəyanatda cəmiyyətin bütün təbəqələrinin casusluğa qarşı mübarizəyə töhfə vermək üçün səfərbər olunmasının vacibliyinə diqqət çəkilib.
Açıq və ya gizli bütün işlərin birləşdirilməli olduğu vurğulanan bəyanatda casusluğa qarşı mübarizədə mövcud vəziyyət “ciddi və mürəkkəb” kimi qiymətləndirilib.
Bəyanatda bütün dövlət orqanlarını və ictimaiyyəti milli təhlükəsizliyi gücləndirmək məqsədilə “casusluğa qarşı müxtəlif təhlükəsizlik tədbirləri həyata keçirməyə” çağırılır.
Açıqlamada, milli təhlükəsizlik qurumlarının casusluq xəbərləri əldə etmək üçün təmaslarını ictimaiyyətə açıqlamalı olduğu bildirilib və “həssas məlumatları bildirənlərin məxfiliyinin təmin edilməsinə” də işarə edilib.
Çinin yenilənmiş anti-casusluq qanununda vurğulanıb:
“Bütün dövlət orqanları, silahlı qüvvələr, siyasi partiyalar, ictimaiyyət, biznes və digər ictimai təşkilatlar casusluq fəaliyyətinin qarşısını almağa və dayandırmağa və milli təhlükəsizliyi qorumağa borcludur”.
Qey edək ki, Çin Dövlət Təhlükəsizliyi Nazirliyi ölkənin kəşfiyyat bölmələrinin bağlı olduğu bölmə kimi tanınır.
Medianews.az