Naxçıvanda iki minik avtomobili toqquşub, nəticədə 6 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb.
Ağır yol-nəqliyyat hadisəsi gecə Naxçıvanın Kəngərli rayonunda baş verib.
Xezerxeber.az-ın məlumatına görə, Yeni Kərki kəndində Xanlar Soltanovun idarə etdiyi avtomobil Şərur rayon sakini Cəlil Əliyevin idarə etdiyi maşınla toqquşub.
Hadisədən sonra əraziyə xilasedicilər və polis əməkdaşları cəlb edilib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobillərdə sıxışıb qalan şəxslər çıxarılıb. Onlardan 6 nəfər dünyasını dəyişib, 4 nəfər isə ağır xəsarət alıb. Xəsarət alanlar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.