Türkiyəli müğənni Hülya Avşar çimərlik geyimində rəsm çəkib.
Milli.Az haberler.com-a istinadən xəbər verir ki, Hülya Avşar sosial media hesabındakı paylaşımı ilə yenə sosial şəbəkələrdə fərqli reaksiyalara səbəb olub. 59 yaşlı müğənni yarıçılpaq vəziyyətdə otağının döşəməsinə gül şəkli çəkib.
Paylaşdığı fotolara isə “Hər növ döşəməni boyamaq olar” şərhini yazıb.