Yeni doğulan körpələrini öldürüb soyuducuda gizlədən qadın saxlanılıb.
Medianews.az xəbər verir ki, hadisə Cənubi Koreyada qeydə alınıb.
Məlumata görə, 8, 10, 12 yaşlarındakı övladlarını böyüdən zaman üzləşdiyi maddi çətinliklərə görə bu əmələ əl atdığını bildirən qadın bildirib ki, körpələri öldürdüyü zaman onlar bir günlük olublar.
İlk qurbanı 2018-ci ildə qadının dünyaya gətirdiyi sayca dördüncü uşaq olub. Doğulandan bir gün sonra körpəsini boğan qadın eyni əməli 2019-cu ildə ikinci körpəsinə də tətbiq edib. Qadının həyat yoldaşı polisə ifadəsində qeyd edib ki, onun bu hadisələrdən heç bir məlumatı olmayıb.
Hadisə körpələrin xəstəxanada doğum qeydiyyatına alınmasına rəğmən, rəsmi qaydada qeyd edilməməsi zamanı ortaya çıxıb.
Sözügedən qadın bu gün məhkəmə qarşısına çıxarılacaq.
Medianews.az