Tətilə gələn ailənin 7 yaşlı uşağı otelin hovuzunda boğularaq ölüb.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Antalyanın Alanya bölgəsində baş verib.
Məlum olub ki, 7 yaşlı qız üzmək üçün hovuza girib.
Bir müddət çimdikdən sonra çırpınmağa başlayan uşaq ətrafdakılar tərəfindən sudan çıxarılıb.
Xəstəxanaya aparılan uşağı edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Medianews.az