Çərşənbə, 27 Sentyabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Tanınmış Baş redaktor ölümündən bir neçə dəqiqə öncə bunları edib – Bacısı oğlu DANIŞDI

TURAN
19/06/2023 14:28
92
BAXIŞ
FacebookTwitterTelegram

Xəbər verdiyimiz kimi, tanınmış jurnalist, Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə iyunun 18-də 52 yaşında doğulduğu Başlıbeli kəndində dünyasını dəyişdi.

Zülfüqar Hüseynzadə barədə qısa məlumat:

Zülfüqar Hüseynzadə dünyaya 1971-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində göz açıb. Orta məktəbə bu kənddə gedib. Məktəbin əlaçılarından olub. Z.Hüseynzadənin universitet illəri müharibə dövrünə təsadüf edib. Qarabağ müharibəsində könüllü dəstəsində iştirak edib. Universiteti bitirdikdən sonra müəyyən özəl sahələrdə fəaliyyət göstərib. Orta məktəbdə oxuduğu dövrdə jurnalistikaya marağı olub və  elə bu maraq da onu mətbuata gətirib. Uzun illər dövri mətbuatda yazıları çap olunub, köşə yazıları ilə tanınıb. Bununla yanaşı, 2005-ci ildə Kəlbəcər rayonundan deputatlığa namizədliyini irəli sürüb. Z.Hüseynzadə 2012-ci ildə Moderator.az xəbər portalını yaradıb.

Başlıbel kəndinin digər sakinləri kimi Zülfüqar bəy də erməni vəhşiliyinin əziyyətini çəkib. Başlıbel qətliamında ermənilər onun da yaxınlarını qətlə yetiriblər. Ailəsi 1993-cü ildə Kəlbəcərin işğalından sonra məcburi köçkün düşmüşdü. Bərdə rayonunun Əliyanlı kəndində məskunlaşmışdılar. Uzun illər o, çətin, ağrılı məcburi köçkün həyatı yaşayıb.  Kəlbəcər işğaldan azad edildikdən sonra tez-tez ora səfər edib, Başlıbeldə yaxınlarının məzarlarını ziyarət edirdi.

zulfuqar-son-esas-.jpg (115 KB)

     Ölümündən öncə son fotosu…

Z.Hüseynzadə 10 uşaqlı ailənin son beşiyi idi. Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və başqa bir neçə universitetin ictimai şurasının üzvü olub. Eyni zamanda Beynəlxalq Liberal Maarifçilik İctimai Birliyinin sədri idi.

Z.Hüseynzadənin 19 yaşında Hüseyn adlı oğlu var. O, oğluna atasının adını verib.

Zülfüqar Hüseynzadənin ölümündən bir neçə dəqiqə öncə bunlar baş verib…

Son anlarında yanında olan jurnalistin bacısı oğlu Rövşən Həşimov onun vəfatı anlarını sosial media hesabında təsirli şəkildə təsvir edib. Yazını olduğu kimi təqdim edirik:

“Zülfüqar mənim dayım idi. Ailənin son beşiyi idi. Səkkiz bacının qardaşıdır. Tanıyanlar bilir, təsəvvür edin ha, səkkiz bacının qardaşı olasan. Mən ailənin böyük qızının övladı idim. Ona görə də bizim aramızda yaş fərqi az idi, cəmi 5 yaş. Biz 5 yaş fərqli dayı-bacıoğlu idik. Ona görə də, həm də dost idik. Uşaqlığımız bir olmuşdu. Bir yerdə o dağlarda çox dolaşmışdıq. Ayın 17-si Başlıbelə gedəcəyimizi şəhid olan nənəmizin sümüklərinin axtarışı işlərində iştirak etməyimin vacib olduğunu mənə bildirdi. Mən dərhal həmin tarixlərin hava haqqında məlumatına baxdım. Havanın çox yağıntılı olacağını, dağlardan sel keçəcəyini və maqnit qasırğasının olacağını öyrəndim.  Buna özüm üçün baxdım çünki həm sürücü idim, həm də mənim də səhhətim yaxşı deyil. Mən də kardioloji xəstəyəm. Bunları bilə-bilə səfərə çıxmağa qərar verdim. Dayımın və dostumun sözündən necə çıxa bilərdim? Böyük ürəkli dayımın hər şeyə qalib gələcəyinə inanırdım, amma bu, belə deyilmiş. 30 il vətən həsrəti onun o böyük ürəyini zəiflədib. Nəhayət, getməyə qərar verdim. Gedib kəndimizə çatdıq, çadırımızı qurduq, gecələdik. Səhər saat 5 radələrində dayımın sızıltısını eşidib, dərhal qalxdım. Allahyar dayım ilə birlikdə tədbir gördük. Biz onun soyuqladığını düşündük. Buna görə hərəkət etdik. Mən tikinti sahəsində çalışıram, amma ilkin tibbi yardımı çox yaxşı bilirəm. Mən onun infarkt keçirəcəyini düşünmədim. Bunu özümə bağışlaya bilmirəm. Nəhayət, saat 8-də durub, çöldə gəzdik. Kənd məscidi bizim çadırdan 200 metr aralı idi, ora getdi. Mən aralıdan müşayiət edirdim. Orada dualar oxuyur, salavat çevirir, əlini göyə tutub nə isə deyirdi. Sonra mənə sarı qayıtdı. Biz birlikdə çadıra qayıtdıq. Mən ona samovar çayı verdim, içmədi, özünü yenə narahat hiss etdiyini deyib, bir andaca çıraq kimi söndü, amma o, sönməyib. Daim mənim qəlbimdə yaşayacaq, əgər  o qəlb dözüb, tab gətirsə…”

1687117906_ca5e208c1786ef920618657b203fe91e-1687118965.jpg (374 KB)

Xatırladaq ki, Z.Hüseynzadə Bərdənin Əliyanlı kəndində, atasının və anasının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Z.Hüseynzadənin Kəlbəcərə budəfəki səfərinin xüsusi məqsədi vardı. Belə ki, 52 yaşlı jurnalistin nənəsi 1993-cü ilin aprel ayında Kəlbəcər işğal edilən zaman ağır yataq xəstəsi olub. Kəndə hücum edən ermənilər yaşlı qadını elə yatağındaca güllələyiblər. Kənd işğal edildiyinə görə onu dəfn etmək mümkün olmayıb. Kəlbəcər işğaldan azad olunandan sonra Z.Hüseynzadənin nənəsinin nəşinin axtarışı üçün bir neçə dəfə cəhdlər edilib. Ev yandırıldığı üçün axtarışlar nəticə verməyib. Z.Hüseynzadə nənəsinin nəşinin qalıqlarını tapmağı qarşısına məqsəd qoymuşdu. O, ötən il bununla bağlı Prezident Administrasiyasına icazə üçün müraciət edib və müsbət cavab alıb. Lakin ötən il qeyri-sabit hava ilə əlaqədar axtarışlar nəticə verməmişdi. Jurnalist bu məqsədlə yenidən ailə üzvləri ilə birgə bu il Kəlbəcərə yollanıb. Hətta aidiyyəti dövlət qurumları tərəfindən media nümayəndəsinə texnika baxımından da dəstək olunub. Onlar 4 gün ərzində qadının qəbiristanlıq olmayan ərazidəki məzarını tapıb, geri dönməli idilər. Lakin qədər buna imkan vermədi…

DAHA ÇOX OXU

Dünya

Barmaq və yağ izi… – “iPhone 15”lə bağlı daha bir ŞİKAYƏT

27/09/2023 17:50
Dünya

ABŞ İsrail vətəndaşları üçün viza rejimini ləğv etdi

27/09/2023 17:31
export

Qarabağ ermənisi qoyunlarını da sərhəddən keçirdi – Video

27/09/2023 17:03
Dünya

Tanınmış mühəndis evində ÖLÜ TAPILDI – FOTO

27/09/2023 16:43
export

Vardanyan bu maşınla postu keçmək istəyib – FOTO

27/09/2023 16:39
1-MANŞET

Ərdoğan sabah Təhlükəsizlik Şurasını toplayır, Azərbaycanın antiterror tədbirləri müzakirə olunacaq

27/09/2023 16:35

Xəbər lenti

Barmaq və yağ izi… – “iPhone 15”lə bağlı daha bir ŞİKAYƏT

27/09/2023 17:50

ABŞ İsrail vətəndaşları üçün viza rejimini ləğv etdi

27/09/2023 17:31

Qarabağ ermənisi qoyunlarını da sərhəddən keçirdi – Video

27/09/2023 17:03

Tanınmış mühəndis evində ÖLÜ TAPILDI – FOTO

27/09/2023 16:43

Vardanyan bu maşınla postu keçmək istəyib – FOTO

27/09/2023 16:39

Ərdoğan sabah Təhlükəsizlik Şurasını toplayır, Azərbaycanın antiterror tədbirləri müzakirə olunacaq

27/09/2023 16:35

Dəniz mənzərəli məzar üstündə DAVA DÜŞDÜ

27/09/2023 16:30

Mutudan şəhidlərimizə ehtiram – FOTO

27/09/2023 16:29

Fransız siyasətçidən Türkiyə və Azərbaycana qarşı QALMAQALLI FİKİRLƏR

27/09/2023 16:27

İranda 3 milyon vətəndaş ..

27/09/2023 16:18

Təhsil İnstitutuna yeni direktor təyin edilib

27/09/2023 16:17

Peskov Vardanyanın saxlanılmasına münasibət bildirdi

27/09/2023 16:11

“Cır-cındır içində, dilənçi, ac…” – Çingiz Abdullayev əsəbiləşdi

27/09/2023 16:10

“Ölənədək buranı ziyarət edəcəyəm” – Fəxri Xiyabandan REPORTAJ

27/09/2023 15:58

Vardanyanı saxlayan kimdir? – Sensasion isim

27/09/2023 15:57

100 milyonluq hərbi əməkdaşlıq müqaviləsi İMZALANDI

27/09/2023 15:34

“30 ildən sonra mən fəxrlə deyə bilirəm ki…”

27/09/2023 15:15

Ruben Vardanyanın saxlanılmasının GÖRÜNTÜLƏRİ – ANBAAN VİDEO

27/09/2023 15:09

TƏCİLİ! Vardanyan Bakıya BELƏ GƏTİRİLDİ – FOTO

27/09/2023 14:44

AFFA Qurban Qurbanovu cəzalandırdı

27/09/2023 14:39

Gümüş dükanından 60 minlik OĞURLUQ

27/09/2023 14:08

“Sənə “əlvida” demək qismətim olmadı” – Flora Kərimova

27/09/2023 14:04

Bakıda taksi sürücüsü insanların həyatını riskə atdı – VİDEO

27/09/2023 14:02

Sahil Babayev şəhidlərin sosial təminatının icrasından DANIŞDI

27/09/2023 13:50

AFFA rəsmisi UEFA-dan təyinat alıb

27/09/2023 13:46

Ruben Vardanyan saxlanılıb?

27/09/2023 13:40

Bu məhşur şirkətlər RUSİYADAN AYRILDI

27/09/2023 13:32

Fransa səfiri bu ölkəni TƏRK ETDİ

27/09/2023 13:23

Azərbaycan sərhədçiləri halı pisləşən erməniəsilli ailənin övladına yardım göstəriblər – FOTO

27/09/2023 13:03

28 ildən sonra günahsız olduğu BELƏ AŞKARLANDI

27/09/2023 13:00

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.