Şiddətli yağış Ankarada həyatı iflic edib.
Medianews.az xəbər verir ki, ölkə daxilində təsirli olan leysan yağış Ankaranın Sincan rayonunda da özünü göstərib.
Səhər saatlarından təsirli olan güclü yağış səbəbindən küçələr gölə çevrilib, yeraltı keçidləri su basıb. Vətəndaşlar həyatlarını riskə ataraq su basmış yeraltı keçidlərdən keçiblər.