Farer adalarındakı dənizin qırmızı rəngə boyanması insanları təşvişə salıb.
Medianews.az xəbər verir ki, hadisə “grindadrap” adlanan balıq ovundan sonra qeydə alınıb.
Ovdan sonra yaranan mənzərə qorxunc görüntülərə səbəb olub.
Rəsmilər Farer adalarında 1000 illik ənənə kimi tanınan bu ov nəticəsində hazırda 500-dən çox balinanın öldüyünü təsdiqləyib.
Heyvan haqları müdafiəçiləri bunun barbarlıq olduğunu bildirərək sərt reaksiya versələr də, hökumət ovu davam etdirməkdən geri addım atmayıb.
Qeyd edək ki, bu ənənə hər il 800-dən çox balinanın həyatına son qoyur.
Medianews.az