Türkiyənin Bursa şəhərində küçənin ortasında bir-birinə dəyənəklərlə vuran gənclərin davası kameraya əks olunub.
Medianews.az xəbər verir ki, hadisəyə qarışan gənclərin bəziləri polis tərəfindən saxlanılıb. Dava zamanı gənclərin bir neçəsində bıçaq olduğu da bildirilib. Eyni zamanda dava zamanı küçədəki avtomobillər də zərər görüb.
Davanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırmalar davam edir.
Medianews.az