Bursada gecə klubu işlədən şəxs güllələnib.
Medianews.az xəbər verir ki, hadisə İnegöl mahalı, mərkəzi Osmanqazi məhəlləsində baş verib.
49 yaşlı Arif Akcan gecə saatlarında işdən evə qayıdan zaman naməlum şəxslərin hücumuna məruz qalıb.
Avtomobildən açılan atəş nəticəsində 6 güllə yarası alan Arif Akcan xəstəxanaya yerləşdirilib.
Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilib.
Medianews.az