Muğlada turistik səfər üçün havaya qalxan girokopter mühərrikində nasazlıq yarandığı üçün tarlaya enmək istəyib.
Medianews.az xəbər verir ki, sərt eniş zamanı zeytun ağaclarına çırpılan girokopterin pilotu və sərnişini xəsarət alıb.
Xəstəxanaya çatdırılan yaralıların vəziyyətləri yaxşıdır. Qəzada yaralanan sərnişinin məşhur müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sandal olduğu öyrənilib.
Qəza ilə bağlı araşdırma aparılır.
Medianews.az