Çində 12 gündür dövrə vuran qoyun sürüsünün görüntüləri bütün dünyada izləmə rekordu qırıb.
Medianews.az xəbər verir ki, müəmmalı hadisə ilə bağlı fərqli fikirlər də müzakirələrə səbəb olub.
Çinin Baotou şəhərində çəkilmiş video bütün dünyada böyük əks-səda doğurub və qısa zamanda milyonlarla insan tərəfindən izlənilib. Fermada lentə alınan və sosial mediada yayılan videoda qoyun sürüsü 12 tam gün fasiləsiz dövrə vurur.
Yalnız soyadı açıqlanan fermer Miao əvvəlcə bir neçə qoyunun, sonra isə bütün sürünün bu hərəkətə qoşulduğunu bildirdi.
Hər kəsi, xüsusən də çobanları şoka salan bu qəribə vəziyyətlə bağlı çoxlu fikirlər irəli sürülüb. Vəziyyətin bakterial xəstəlikdən qaynaqlandığı iddia edilsə də, heyvanların tamamilə sağlam olduğunun açıqlanması vəziyyətin sirrini daha da artırıb.