Zibilliyə atılan körpəni itlər yedi.
Medianews.az REN TV- ə istinadən xəbər verir ki, Rusiyanın Voronej vilayətində zibillikdən körpə cəsədi tapılıb.
Məlum olub ki, doğulduqdan sonra zibil qutusuna atılan körpənin cəsədini heyvanlar tanınmaz hala salıb.
Tibbi ekspertiza ölümün 2-3 gün əvvəl baş verdiyini irəli sürüb.
“Göbək bağı bağlanmayıb, heyvan dişləməsi üçün xarakterik olan izlər var”, – mənbə bildirib.
Faktla bağlı cinayət işi açılıb, ölən uşağın anası axtarılır.
Medianews.az