Taksiyə minmək istəyən sərnişinin reaksiyası sürücünü təəccübləndirib.
Medianews.az xəbər verir ki, İstanbulun ən sıx ərazilərindən birində taksi sürücüsü maşınına sərnişin mindirmək istəməyib.
Sürücü yoluna davam etmək istəyərkən sərnişinin gözlənilməz reaksiyası ilə qarşılaşıb.
Onun nəqliyyat vasitəsinə mindirilməməsinə çox əsəbiləşən sərnişin taksi sürücüsünün qolundan yapışaraq zorla maşına mindirib və sürücüyə “Sən xeyr ola, məni aparmırsan? Keç sükana” – deyib.
Həmin anlar oradan keçən insanların mobil telefonunun kamerasına əks olunub.
Medianews.az