2017-ci ildə nikah masasına oturduqdan sonra İzmirdə məskunlaşan türkiyəli məşhur aktrisa Gizem Karaca sosial şəbəkədə paylaşımı ilə gündəm olub.
Medianews.az xəbər verir ki, lüks evindən fotolar paylaşan Gizem Karaca müzakirələrə səbəb olub.
Qeyd edək ki, Gizem Karaca “Kara Sevda”, “Baraj”, “İçimdeki Fırtına” kimi məşhur seriallarda rolaldıqdan sonra karyerasında böyük addımlar atıb. Gözəlliyi ilə hər zaman diqqət çəkən aktrisa sosial şəbəkədə dəbdəbəli evindən bəzi fotolar paylaşdıqdan sonra izləyicilərinin marağına səbəb olub.
Evləndikdən sonra İzmirdə məskunlaşan Gizem Karaca şəxsi həyatını ictimaiyyətdən uzaq yaşamağa üstünlük verirdi. Onun belə bir paylaşım etməsi də diqqətdən qaçmayıb.
Medianews.az