24 yaşlı elektrik ustası Uinston Kempi ildırım vurub.
Medianews.az xəbər verir ki, hadisədən sonra Kempin bədənində Lixtenberq fiquru əmələ gəlib.
Statik elektriklə təcrübə apararkən oxşar nümunəni görən və təsvir edən alman fizikinin adını daşıyan Lixtenberq fiquru, dərinin ildırım vurmasına reaksiyasıdır.
Bu keraunoqrafik əlamətlərə ildırım çiçəkləri və ya şimşək ağacları da deyilir.
Bu, ildırım vuran qurbanların qollarında, kürəyində, boynunda, sinəsində və ya çiyinlərində baş verə bilər. Əslində bu dərinin yuxarı hissəsindəki səthi bir yanıqdır.
Lakin həmin yanığa tibbi müdaxilə olunmazsa həmin şəxs ölümcül infeksiyaya yoluxa bilər. Müdaxilə olunduqdan bir gün sonra bu izlər yoxa çıxmağa başlayır.
Qeyd edək ki, Lixtenberq fiqurları ildırım vuranların dərisində görünə bilən və adətən 24 saat ərzində yox olan qıjıya bənzər naxışlardır.
Medianews.az