Yanacaq daşıyan tanker anidən partlayıb.
Medianews.az xəbər verir ki, hadisə ABŞ-ın Filadelfiya ştatında baş verib.
Mövzu ilə bağlı açıqlama verən Filadelfiya Yanğınsöndürmə İdarəsinin şöbə rəisi Derek Bower bildirib ki, partlayışın təsirindən magistralın bir hissəsi dağılıb. Meriyanın sözçüsü Sarah Peterson yanğının nəzarət altına alındığını bildirib.
Partlayışın yanacaq və ya qaz sızması səbəbindən baş verdiyi ehtimal edilir.
Medianews.az