Bu gün Azərbaycanda mikromobillik növlərinə maraq artmaqdadır. Ekoloji cəhətdən əlverişli olan bu vasitələrin ən populyarı isə elektrik skuterlərdir. Qısa məsafəni qət etmək üçün istifadə edilən bu vasitə bəzən insanların narahatlığına səbəb olur. Çünki skuterlər üçün xüsusi müəyyənləşdirilmiş yolun olmaması qəzaların hər gün artmasına səbəb olur. İnsanların çoxluq təşkil etdiyi- istirahət məkanlarında, parklarda skuterlər təhlükə saçır.
Bəs insanların çox olduğu məkanlarda bu vasitənin hərəkəti nə dərəcədə düzgündür?
Məsələ ilə bağlı Medianews .az -a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirir ki, son zamanlar skuterlərin idarə olunması sanki dəb halını alıb:
“İstər paytaxtın mərkəzi, istərsə də ətraf qəsəbələrdə skuterlərdən geniş istifadə olunur. Bu vasitənin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Mənfi tərəfi ondan ibarətdir ki, skuterlər özündə kifayət qədər təhlükəni ehtiva edir. Bəzən yolun əsas hərəkət hissəsində skuterlərin idarə olunmasının şahidi oluruq. Eləcə də insanların ən çox üz tutduğu- parklarda, istirahət məkanlarında skuterlərə rast gəlirik. Skuterlər sürət həddinə görə dəyişir. Bəzən sürət həddi çox olan skuterləri idarə etmək olduqca çətindir. Sürəti saatda 50 kilometrə qədər olan skuterlər var ki, bunları idarə etmək olmur. İnsanların çox olduğu yerlərdə belə sürətdə olan skuterlər təhlükəli vəziyyət yaradır.
Bu da insanların narazıçılığına səbəb olur. İnsanlar skuterlərdən çox ehtiyat edir. Xüsusən də ,azyaşlı uşaqlar parklarda oynayan zaman skuterlərdən dolayı təhlükəli vəziyyətlə qarşılaşa bilərlər.
Hətta, insanların istifadə etdikləri əsas yolda bu vasitənin saxlanılması da doğru deyil. Sukterlərə nəzarət mexanizmi olmalıdır. Qanunvericilikdə skuter nəqliyyat vasitəsi hesab edilmədiyindən bu vasitənin xüsusi müəyyənləşdirilmiş yeri mövcud deyil. Düşünürəm ki, bu vasitə üçün xüsusi ayrılmış yerlər olsa, daha yaxşı olar. Belə olan halda gələcəkdə baş vermiş təhlükənin qarşısını almaq olar. Çünki yüksək sürətli sukterlər insanlar üçün təhlükədir.
Digər bir tərəfdən skuterləri idarə edən şəxsin qoruyucu vasitələri olmalıdır. Çünki yüksək sürətli sukterləri idarə edən insanların özləri də hər an təhlükə ilə üzləşə bilərlər. Hesab edirəm ki, skuterlərlə bağlı müəyyən ölçülər götürülməldir”-, deyə eskpert qeyd edib”.
Medianews .az