Şəhərdə tək əlində qandalla gəzən qadın polislər tərəfindən saxlanılıb.
Medianews.az xəbər verir ki, hadisə Antalyada baş verib.
Məlumata görə, Antalyanın Muratpaşa səmtində polislər Necla adlı qadının sol biləyində qandal olduğunu görüblər. Qadından şübhələnən polis əməkdaşları onu dayandırıblar.
Şüphəli keçmiş mühafizəçi olduğunu iddia etdiyi bacısının evində uşaqlarla oynayarkən əlindəki qandalın ilişib qaldığını və bir daha çıxara bilmədiyini bildirib. Vəziyyətlə bağlı məlumat verildikdən sonra ünvana polis və xilasetmə qrupları göndərilib.Araşdırmalardan sonra qadının heç bir cinayətdə əli olmadığı aşkarlanıb.
Qandalı öz açarları çıxarmaq istəyən polis əməkdaşları buna nail ola bilməyib. Gələn xilasetmə qrupları 20 dəqiqə ərzində üzük kəsici aparatla qandalı çıxarıb. Daha sonra polis Necla Ö.-nu ifadə vermək üçün bölməyə aparıb.
Medianews.az