Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən Moskva rəhbərliyinin ölkədə elan etdiyi qismən səfərbərlikdən qaçan Rusiya müdafiə naziri Sergey Şoyqunun övladı gündəm olub.
Medianews.az xəbər verir ki, Şoyqunun oğlu Danila Şebunovun Türkiyədə olduğu məlum olub.
Şoyqunun Türkiyə sahillərində istirahət edən oğlu Rusiyada reaksiyalara səbəb olub.
Danila Şebunov şou-biznes aləmində “Sheba” və “Sheba Singer” təxəllüsləri ilə tanınır.
Məlumata görə, Şoyqunun gizli oğlu olduğu iddia edilən 22 yaşlı oğlu sentyabr ayında hərbi xidmətə çağırılıb, amma orduya getmək əvəzinə Türkiyəyə qaçıb.
Danila Şebunov bu həftə ərzində ingilis dilində iki klip nümayiş etdirib. Təqdim etdiyi kliplərdə vətənpərvərlik və döyüş haqqında heç bir detal yoxdur.
Medianews.az