İstanbulda bir sürücü yerdə uzanan iti əzərək öldürüb.
Medianews.az xəbər verir ki, həmin anlar təhlükəsizlik kamerasına düşüb.
Görüntülərdə hərəkət edən avtomobilin sürücüsünün yerdə yatan itin üstündən keçdiyi görülür. Sürücü daha sonra itin can verməsinə məhəl qoymadan yenidən onun üstündən keçib.
Ətrafdakıların xəbəri üzərinə hərəkətə keçən polis qrupları Nihat D.-ni saxlayıb.
Medianews.az