Sevgilisinin yanında özünü tapança ilə vuran 23 yaşlı gənc həyatını itirib.
Medianews.az xəbər verir ki, hadisə Samsunda baş verib.
Əldə edilən məlumata görə, Orhan Ç. qısqanclıq zəminində sevgilisi ilə mübahisə edib. Daha sonra danışmaq üçünsevgilisi N.V. (19) ilə görüşən Orhan Ç. onu çox sevdiyini, ayrılmaq istəmədiyini bildirib. 23 yaşlı Orhan sevgilisinə “sənin üçün ölərəm” deyərək başına atəş açıb. Ağır yaralanan gənc təcili yardım maşını ilə özəl xəstəxanaya aparılıb.
Bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı istintaq davam etdirilir.
Medianews.az