“MasterChef Türkiyə”nin aşbazı Somer Sivrioğlunun həbs oluna bilər.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış aşbazın 2 il 8 aydan 22 il 6 aya qədər həbsi tələb olunur.
Belə ki, ötən ilin may ayının 21-də İstanbulun Beşiktaş rayonunda S. Sivrioğlunun işlətdiyi restoranın istinad divarının uçması nəticəsində həmin vaxt oradan keçən iordaniyalı keçmiş diplomat Ahmet Muhammed Salem Lubbad və adlı şəxs Baha Eddin Ali Hafez Şanableh divarın altında qalıb.
Onlardan ağır yaralanan Ahmet Muhammed Salem Lubbad dünyasını dəyişib.
Sivrioğlunun iştirak etmədiyi ilk məhkəmə iclasında şikayətçi tərəfin vəkili onun təqsirinin böyük olduğunu bildirərək, Sivrioğlu və digər kmüttəhimlərin mühakimə olunmasını istəyib.
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə şübhəlilər Somer Sivrioğlu, Sakine Öçal, Gülay Kula, Sevinç Kula, Mehmet Levent Kula, Kazım Evirgen və Kadri Berk Camalın “səhlənkarlıqla ölümə və ya xəsarət almağa səbəb olma” ittihamı ilə 22 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi tələb edilib.
Məhkəmə təqsirləndirilən şəxslər Somer Sivrioğlu, Kazım Evirgen və Kadri Berk Camalın vəkillərinə müvəkkillərini hazırlamaq üçün vaxt verilməsinə qərar verərək iclası təxirə salıb.