Bazar, 24 Sentyabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Mədəniyyət evinin bağlanması “Bu məscidə bu namaz da çoxdur”

Zamin Hacı
09/06/2023 12:05
207
BAXIŞ
FacebookTwitterTelegram

Zamin Hacı

(Azərbaycan ata sözü)

İranın Azərbaycanda mədəniyyət mərkəzi var imiş. Bakıda yerləşirmiş. Son çağların agent tuthatutundan sonra hökumətimiz mərkəzi qıfıllayıb, onun əməkdaşlarını da buradan qovubdur. Alqışlanası hərəkətdir. Bəlkə hökumətimizin son çağlar gördüyü ən yaxşı işlərdən biridir. Gərək biz müsbət şeyləri də görək, həmişə tənqid edəsi deyilik.

İran hara, mədəniyyət mərkəzi hara? İnsanları 21-ci əsrdə küçənin ortasında, uşağın-böyüyün gözü qarşısında krandan asan, zənənləri geyiminə görə, kişiləri deyiminə görə təqib edən rejim dünyaya, o cümlədən Azərbaycana hansı mədəniyyəti təbliğ və təşviq edə bilərdi ki? Orda “mədəniyyət” deyəndə yalançı, fanatik din tacirliyi başa düşülür. Bir də narkotik ticarəti. Ola bilsin İran Mədəniyyət Mərkəzi zəhmətkeşlərimizə tiryək və ot arasında fərqləri, onların hansından istifadə eləsən mədəni fantaziyalar güclənər kimi istiqamətləri öyrədirmiş. (Bu yöndə rejissor Terri Gilliamın “Las Veqasda qorxu və nifrət” – orijinal adı “Fear and Loathing in Las Vegas” – filminə baxmağı məsləhət görərdim).

Ancaq ədalət naminə, İrandan bizə maraqlı ədəbiyyat da gətirilirdi. 1990-larda Bakının İstiqlaliyyət küçəsində İranın “Əlhudə” adlı kitab dükanı vardı, mən ordan çox gülməli kitablar almışdım. Biri hələ də kitabxanamın incilərindəndir, Qumda nəşr olunub, “Cənnət nemətləri” adlanır. Məsələn, orda yazılıb ki, cənnətdə huri ilə cinsi əlaqənin müddəti 75 saat çəkir və dünya qadını ilə 500 əlaqəyə bərabər həzz verir. Oxucular üçün maraqlı olsa, vaxtaşırı həmin kitabdan sitatlar verərəm, oxuyub ləzzət alsınlar.

İranın mədəniyyət mərkəzinin bağlanmasına reaksiyası da gülməli idi, deyir sizdən incimişik, gərək açıq qalardı. Sitat: “İran İslam Respublikası öz qonşuları ilə münasibətlərində həmişə xoşniyyətli olub və iki ölkə arasındakı problemləri dialoq yolu ilə həll etmək, məntiqsiz, emosional və gərginliyi artıran hərəkətlərdən qaçmaq istəyib”. Sitatın sonu.

Təsəvvür elə, Tehrandakı səfirliyimizi gülləbaran ediblər, 1 vətəndaşımız qətlə yetirilib, o vaxtdan səfirlik bağlıdır. Nə istintaq var, nə cəzalanan. Günaşırı biz tərəfdə İran agentləri tutulur, topdan şəkildə. Bu isə deyir mədəniyyət mərkəzimizi saxlayardınız. Yəqin buna “diplomatik həyasızlıq” deyirlər.

Səfirlikdə “arvadını axtaran” kalaşnikovlu cani necə, məntiqli və emosional hərəkət etmişdi? Bəlkə Tehran polisi ona salam verib, “buyur, ağa, səfirliyə basqın elə” deyə göstəriş verəndə gərginliyi azaltmaq istəyirmiş?

Öz mədəniyyətimiz xirtdəyə qədər bəsimizdir, başqa mədəniyyətlərə ehtiyacımız yoxdur. Namxuda, artıq Mədəniyyət Nazirliyində aparılan dərin struktur islahatları bəhrəsini verir. Bildiyiniz kimi, orada nazirin birinci müavini postu ləğv edildi. Mədəniyyət Nazirliyində 2 birinci müavin ştatı var idi, bunlar isə vaxtaşırı korrupsiyada, vəzifə pozuntularında suçlanır, işdən çıxarılırdı. Hətta birinci müavinlərdən biri hazırda türmədə saxlanır. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, mədəniyyətimizin inkişafına maneçilik törədən əsas detal Mədəniyyət Nazirliyində birinci müavinlər institutunun varlığıdır. Nazir gözünü yumsun, beş dəqiqəyə harasa, lap elə “mədəniyyət evinə” getsin, vəssalam, birinci müavinlər fürsətdən sui-istifadə edərək nazirliyi soyub-talayırmış. Adından göründüyü kimi, birinci müavin deyirsən! Elə-belə müavin olsa, oğurluq edə bilməz.

Bundan başqa, təzəlikcə Mədəniyyət Nazirliyimiz Tik-tokla əməkdaşlığa başladığını açıqladı. Qısa, gülməli, nəsihətverici, yolgöstərən videolar çəkib paylaşacaqlar. Yaxşı olar bəzi Tik-tok fenomenlərinə gələcəkdə xalq artisti adı verilsin. Yeni dövrün tələbləriylə ayaqlaşmalıyıq.

DAHA ÇOX OXU

Cəmiyyət

Sürücülərin diqqətinə – Bu sayta aldanmayın!

24/09/2023 21:09
export

Günel silahla fotosessiya etdirdi

24/09/2023 20:56
export

ABŞ dolları çox olanlara pis xəbər – Bundan sonra…

24/09/2023 20:44
export

Bakıda evli qadın yad kişini tora salıb, pullarını ələ keçirdi: “Ərim bizi tutanda…”

24/09/2023 20:32
Zirəddindən Azərbaycanla bağlı PROQNOZ - 4 il sonra...
export

Priqojinlə bağlı şok: Ölümü əvvəlcədən təsvir edilmişdi

24/09/2023 20:20
export

Azərbaycan idmançısı qızıl medal qazanıb

24/09/2023 20:09

Xəbər lenti

Sürücülərin diqqətinə – Bu sayta aldanmayın!

24/09/2023 21:09

Günel silahla fotosessiya etdirdi

24/09/2023 20:56

ABŞ dolları çox olanlara pis xəbər – Bundan sonra…

24/09/2023 20:44

Bakıda evli qadın yad kişini tora salıb, pullarını ələ keçirdi: “Ərim bizi tutanda…”

24/09/2023 20:32

Zirəddindən Azərbaycanla bağlı PROQNOZ - 4 il sonra...

Priqojinlə bağlı şok: Ölümü əvvəlcədən təsvir edilmişdi

24/09/2023 20:20

Azərbaycan idmançısı qızıl medal qazanıb

24/09/2023 20:09

Azərbaycanlı xanəndənin idmanda BÖYÜK UĞURU: Pərviz Qasımov FİNALDA – VİDEO, FOTOLAR

24/09/2023 20:01

Paşinyanın xanımı profil fotosuna görə tənqid olundu – ŞƏRHLƏR

24/09/2023 19:58

“Deyirəm ki, Qarabağ Azərbaycandır” – Yaralı hərbçimizin VİDEOSU

24/09/2023 19:47

Qarabağdan çıxan erməni əsilli qadından Azərbaycanla bağlı etiraf – VİDEO

24/09/2023 19:36

Qarabağda silah-sursatın müsadirəsi davam edir – VİDEO

24/09/2023 19:25

İlham Əliyev və Paşinyan oktyabrın 5-də görüşə bilər

24/09/2023 19:25

Zakir Həsənov yaralanan hərbi qulluqçularla görüşdü – VİDEO

24/09/2023 19:14

Prezidentin köməkçisi Hikmət Hacıyev Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşəcək

24/09/2023 19:03

Putinin arxiv görüntüləri yayıldı – VİDEO

24/09/2023 18:33

Laçın postundan tibbi yardıma ehtiyacı olan 23 nəfər Ermənistana aparıldı – FOTO/VİDEO

24/09/2023 18:32

Ermənistanda dövlət çevrilişinə cəhdə görə səkkiz nəfər saxlanılıb

24/09/2023 18:31

Qənirə Paşayevaya qoyulan diaqnoz açıqlandı

24/09/2023 17:46

Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq

24/09/2023 14:37

Xocavənddə müsadirə edilmiş silah-sursatın ŞOK GÖRÜNTÜLƏRİ – VİDEO

24/09/2023 14:13

Mehriban Əliyeva Qənirə Paşayeva ilə bağlı tapşırıq verdi

24/09/2023 14:07

Qənirə Paşayeva niyə komaya düşüb? – Əmisindən AÇIQLAMA

24/09/2023 13:23

Ermənistanın gələcəyi məndən asılıdır – Paşinyan

24/09/2023 13:20

“Ermənistan-Rusiya müttəfiqliyi təhlükəsizliyi qorumaq üçün yetərli deyil” – Paşinyan

24/09/2023 13:13

Əhali arasında yeni virus yayılıb – XƏBƏRDARLIQ

24/09/2023 12:52

Qənirə Paşayevanın komaya düşməsinin səbəbi açıqlandı

24/09/2023 12:33

Fransa, Almaniya və Aİ-ı ölkəmizə qarşı səlib yürüşünə çıxıb -VİDEO

24/09/2023 12:30

Paşinyan bu gün xalqa müraciət edəcək

24/09/2023 12:15

Pərvindən hər kəsi ŞOKA SALACAQ AÇIQLAMA: “22 yaşım olanda mənə 42 yaşlı kişi…”

24/09/2023 12:08

Son dəqiqə: Qənirə Paşayeva komaya düşdü

24/09/2023 12:00

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.