Mərkəzi Amerika ölkəsi El Salvadorda cinayətkar dəstə üzvlərinin köçürüldüyü qitənin ən böyük həbsxanasında axtarış aparılıb.
Medianews.az xəbər verir ki, axtarış zamanı çəkilən şəkillər film səhnələrini xatırladıb.
Belə ki, cinayətkarlar polislərin nəzarəti altında həbsxananın həyətində yarıçılpaq saxlanılıb.
Qeyd edək ki, sözügedən həbsxana El Salvadorun paytaxtı San Salvadorda prezident Nayib Bukelenin göstərişi ilə inşa edilib.
Medianews.az