Türkiyənin məhşur aktrisası tətil üçün getdiyi Yunan adalarından özünə ev alıb.
Medianews.az xəbər verir ki, boşandıqdan sonra tətilə çıxan Demet Özdemirin Yunan adalarında 1 milyon avroya ev aldığı iddia edilib.
Aktrisanın vətəndaşlıq almaq üçün də hərəkətə keçdiyi deyilir.
Türkiyə mediasında yer alan xəbərə görə, bir müddət əvvəl reklam çarxında rol alan Demet Özdemir əldə etdiyi qazancla Yunan adalarından 1 milyon avroya ev alıb.
15,9 milyon izləyicisi olan İnstaqram hesabından aktiv istifadə edən Demet Özdemir tətilindən tez-tez paylaşım etməyi də unutmur.
Medianews.az