Misirin Qırmızı dəniz sahilində yerləşən kurort şəhəri Hurqadada istirahət edən rusiyalı turist köpək balığının hücumu nəticəsində faciəvi şəkildə həlak olub.
Medianews.az xəbər verir ki, dəhşətli adisə anı kamera ilə anbaan lentə alınıb.
Hökumət 2 gün ərzində bölgədə bütün su idmanı və dəniz fəaliyyətlərini dayandırıb.
Hücumdan sonra təhlükəsizlik qüvvələri köpək balığını yaxalayıb. Rus turistin cansız bədəni sudan çıxarılıb.
Medianews.az