İngiltərənin Esseks bölgəsində iki qız şagird arasında başlayan mübahisə davaya çevrilib.
Medianews.az xəbər verir ki, qızların davasına onların dostları da qoşulub.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə gənclərin bir-birinə yumruq atması, qızlardan birinin yerə yıxılması anları yer alıb.
Polislər hadisə yerinə gedən zaman çoxlu sayda gəncin bir-birilə dava etməsinin şahidi olublar. Hadisəni törədən 5 gəncin kimliyi müəyyən edilib və hazırda araşdırma aparılır.
Medianews.az