Alimlərin 10 illik tədqiqatının nəticəsi olaraq Avstraliyada milyardlarla yaşı olan, daşdan tapılan insan nəslinin ən qədim qalıqları kəşf olunub.
Medianews.az xəbər verir ki, elm adamları , insanların ən qədim əcdadları haqqında anlayışı dəyişdirə biləcək bir yeniliyə imza atıblar.
“Protosterol Biota” kimi tanınan mikroskopik canlılar , tədqiqatçıların fikrincə, təxminən 1,6 milyard il əvvəl Yerin su yollarında yaşamış “eukariot” lar adlı orqanizmlər ailəsinin bir hissəsidir.
“Eukariot” lar hüceyrənin “güc mərkəzi” olan mitoxondriləri və “nəzarət və məlumat mərkəzi” olan nüvəni özündə birləşdirən mürəkkəb hüceyrə quruluşuna malikdir.
“Eukariot” ların müasir formalarına göbələklər, bitkilər, heyvanlar və amöba kimi təkhüceyrəli orqanizmlər daxildir.
Tətqiqatçı alim Benjamin Nettersheim yeni kəşflər haqqında bu sözləri qeyd edib:
“Onlar bizim soyumuzun ən qədim qalıqları kimi görünür. Bu qədim canlılar çox idi. Dünyadakı dəniz ekosistemlərində və yer tarixinin çox hissəsi üçün ekosistemləri formalaşdırıb”.
Protosterol Biotanın kəşfi tədqiqatçılarının 10 illik işinin nəticəsidir.
Avstraliyada kəşf edilən “itirilmiş dünya” Nature jurnalında dərc olunub.
Nettersheim ilə birlikdə kəşfin yaradıcısı olan Jochen Brock, Protosterol Biota-nın daha mürəkkəb və bəlkə də bakteriyalardan daha böyük olduğunu, lakin onların necə göründüyünü hələlik məlum olmadığını bildirib:
“Biz inanırıq ki, onlar dünyada bakteriyaları ovlayan və yeyən ilk yırtıcılar ola bilərlər”, – professor açıqlamasında bildirib.
Qeyd edək ki, Şimali Avstraliya Yerin orta əsrlərindən (orta Proterozoy) ən yaxşı qorunmuş çöküntü süxurlarına, o cümlədən Yerdəki ən qədim biomarker daşıyan süxurlara sahib olması ilə tanınır.
“Bu qədim çöküntülərdə saxlanılan molekulyar fosillər erkən həyat və ekologiya haqqında unikal fikirlər verir. Bu molekullar olmasaydı, biz heç vaxt “Protosterol Biota” nın mövcud olduğunu bilməzdik. İlk okeanlar əsasən bakteriya dünyasına bənzəyirdi, lakin bizim yeni kəşfimiz göstərir ki, əslində , vəziyyət belə deyil”, – tətqiqatçı Nettersheim deyib.
“Məməli əcdadlarımızın böyüməsi və çoxalması üçün dinozavrların nəsli kəsilməli olduğu kimi, bəlkə də “Protosterol Biota” müasir eukariotlara yer açmaq üçün bir milyard il əvvəl yoxa çıxmalı idi”, – alim Broks qeyd edib.
Medianews.az