“Kiyev ötən il Moskva ilə münaqişəni həll etməyə hazır idi, lakin ABŞ-ın təzyiqi səbəbindən bundan imtina etdi”
Medianews.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. O, vurğulayıb ki, Birləşmiş Ştatlar onlara təzyiq göstərərək heç bir danışıqlar aparmamağı söyləyib:
“Əgər ABŞ-ın Ukraynanın başında qoyduğu şəxslərə təzyiqi olmasaydı, bu vəziyyət baş verməzdi. Hətta Ukrayna liderlərinin özləri də sülh müqaviləsi bağlamağa hazır idilər və Rusiyaya yazılı təkliflər verdilər. Biz də onlarla prinsipcə razılaşardıq”.
Medianews.az