Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı beynəlxalq kibercinayətkar qrupun dələduzluq əməlləri ilə bağlı ictimaiyyətə müraciət edib.
Müraciətdə deyilir:
“Beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı https://theatre-azdram.com/azb/events domenli sayt vasitəsilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif edir.
Akademik Milli Dram Teatrının rəhbərliyi diqqətinizə çatdırır ki, Komediya Teatrı adı ilə təqdim olunan bu müəssisənin bizimlə heç bir əlaqəsi yoxdur”.
Qeyd olunur ki, məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət olunub.