Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün start tarixi müəyyənləşib.
Yeni futbol mövsümü 4 avqustda başlanacaq. Premyer Liqadan 1 gün sonra isə İcraiyyə Komitəsinin qərarı ilə bərpa edilmiş əvəzedicilərin yarışına start veriləcək.
Yarışların püşkatması və digər detalları ilə bağlı Peşəkar Futbol Liqasının rəsmi saytında əlavə məlumatlar yerləşdiriləcək.