Türkiyənin Bursa şəhərində heyvana qarşı şiddət görüntüləri izləyənləri şoka salıb.
Medianews.az xəbər verir ki, Bursa sakininin yükünü daşıyan atına işgəncə verməsi görüntüləri hər kəsi qəzəbləndirib.
Həmin şəxsin atın üzünə çubuqla vurduğu anlar yerli sakinlərdən birinin mobil telefonunun kamerasına düşüb.
Həmin anları lentə alan vətəndaşlar eyni zamanda hadisə ilə bağlı polisə də məlumat veriblər.
Medianews.az