Cümə, 29 Mart 2024

Tanınmış şair: “Qəbirdə gecələdim, qorxudan şəkər oldum” – VİDEO

Tanınmış şair və jurnalist Anar Vəziroğlu ilk dəfə efirdə şəkər xəstəliyinin yaranma səbəbini açıqlayıb. 

Medianews.az xəbər verir ki, “Təsir dairəsi” verilişinə qonaq olan şair 15 yaşında olarkən qorxudan şəkər olduğunu deyib:

“8-ci sinifə qədər mal-quzu dalınca qaçmaqdan qaçıb Göyçaya getdim. Elə 8-ci sinifdə yaxşı oxuya-oxuya çıxıb peşə məktəbinə getdim. Bu məktəbə oxumayan uşaqlar gəlirdi. Getdim “Traktorçu-maşinist” təhsili alan uşaqların arasına düşdüm. Dünyam qaraldı. Doğulduğum İsmayıllı rayonu Mollaisaqlı kəndindən hər gün Göyçaya piyada gedirdim.

Bir dəfə məktəbdən gələndə üzərimdə pul yox idi. Qış ayı idi. Həmin yol palçıq olduğundan ora avtomobil işləmirdi. Axşam saat 6 idi. 500 metr getdim. Canavarların səsi gəlirdi, dedim bunlar indi məni parçalayacaqlar. Yaxınlıqda köhnə qəbiristanlıq var idi. Ora getdim. Orada bir qəbirin içində qaldım. Qəbirdə gecələdim, qorxudan şəkər oldum. Birdə gözümü açdım ki, səhər saat yeddidir”.

DAHA ÇOX OXU

Xəbər lenti