Bəyanat San-Fransiskoda yerləşən tədqiqat və qeyri-kommersiya təşkilatı olan Süni İntellekt Təhlükəsizliyi Mərkəzi (CAIS) tərəfindən dərc edilib.
Medianews.az xəbər verir ki, OpenAI-nin baş direktoru Sam Altman, süni intellektin “xaç atası” Geoffrey Hinton, Google DeepMind və Anthropic şirkətlərinin rəhbərləri və baş tədqiqatçıları, Microsoft-un baş texnologiya direktoru Kevin Skott, İnternet təhlükəsizliyi və kriptoqrafiya üzrə qabaqcıl Bruce Schneier, iqlim müdafiəçisi və ekoloq Bill McKibben, musiqiçi Qrayms bəyanatı imzalayanlar arasındadır.
Bəyanatda deyilir ki, “süni intellekt nüvə müharibəsi qədər təhlükəlidir. Bu, insan övladının yox olmasına səbəb ola bilər”.
Artan sayda qanunvericilər, müdafiə qrupları və texnoloqlar süni intellektlə işləyən chatbotların dezinformasiya yaymaq və iş yerlərini məhv etmək potensialı barədə xəbərdarlıq ediblər.
Medianews.az