Futbol kariyerası bitmək üzrə olan tanınmış futbolçu Kriştiano Ronaldo tennis oynayaraq fanatlarını təəccübləndirib.
Medianews.az xəbər verir ki, mövsümü Səudiyyə Ərəbistanının “Əl Nassr” komandasında keçirən Ronaldo Sinqapur səfəri zamanı padel tennis oynayıb.
Onun pərəstişkarları portuqaliyalı ulduzun bu idman növündə də kifayət qədər istedadlı olduğunu bildiriblər.
Qeyd edək ki, Ronaldo bu mövsüm “Əl Nassr”ın heyətində 35 oyuna çıxıb. Portuqaliyalı ulduz bu matçlarda 17 qol vurub, 4 məhsuldar ötürmə edib.
Medianews.az