İran Rusiya, Qətər və Türkmənistanın iştirakı ilə Fars körfəzinin şimal sahilində Buşehr əyalətində yerləşən Assaluye sənaye rayonunda qaz qovşağı yaratmağı planlaşdırır.
Bu barədə ölkənin neft naziri Cavad Ovci bildirib.
O həmçinin qeyd edib ki, qonşu ölkələrlə qaz ticarətinin artırılması hökumətin gündəmindədir.