Gənc qız ehtiyatsızlıq səbəbindən xəstəxanalıq olub.
Medianews.az xəbər verir ki, 22 yaşlı gənc göz damcısı əvəzinə yapışqandan istifadə edib.
Məlumata görə, gecə yarısı oyanan Lyd yuxulu halda göz damcısından istifadə etmək istəyib. Lakin əlinə damcı yox, yapışdırıcı keçib.
Başına gələn hadisəni izah etmək üçün şəkillərini çəkən gənc qız daha sonra xəstəxana çarpayısında uzanmış, gözlərini açmaq üçün müxtəlif üsullar sınayan həkimlər və tibb bacıları tərəfindən müalicə olunduğu şəklini paylaşıb.
O, paylaşımında qeyd edib ki, həkimlər öncə gözünə yapışdırıcını çıxarmaq üçün məlhəm qoyublar, bu nəticə vermədikdən sonra isə yapışqanı qoparmağa başlayıblar.
Gözləri açılmayan qıza həkimlər metal alətlə müdaxilə ediblər. Yapışqan çıxandan sonra gözlərinin içində sarı və qırmızı ləkələr yaranan Lyd çox ağrıdığını bildirib.
Medianews.az