İstanbulda öldürüldükdən sonra cəsədi yandırılan Velosipedçilər Dərnəyinin üzvü Halil Özdəmirin qətlinə polis qrupları aydınlıq gətirib.
Medianews.az xəbər verir ki, araşdırmalar zamanı ilk öncə Halil Özdəmirin velosiped sürərkən yoxa çıxdığını müəyyən edilib.
Daha sonra məlum olub ki, Halil Özdemir Efiopiya əsilli M.E.H. tərəfindən öldürülüb.
Velosipedçilər Dərnəyinin üzvü Halil Özdemir mayın 9-da müəmmalı şəkildə yoxa çıxıb. Özdəmirin qardaşı polis bölməsinə gedərək kömək istəyib. O, qardaşının Eyüpsultandakı evindən velosiped sürərək çıxdığını, sonradan ondan xəbər ala bilmədiklərini deyib.
Polis Özdemiri axtararkən, mayın 11-də Zeytinburnu Kazlıçeşme məhəlləsində yanmış şəxsin cəsədini tapıb. İstanbul polisi cəsədin Halil Özdəmirə aid olduğunu təyin edib.
Hadisəni törədən M.E.H. polis tərəfindən saxlanılıb. Törətdiyi qətli etiraf edən M.E.H. Halil Özdəmiri ilk öncə beyzbol çubuğu ilə döyərək öldürdüyün, daha sonra cəsədi yandırdığını etiraf edib.
Medianews.az