Dünyanın ən varlı adamı İlon Mask artıq tviterin baş direktoru deyil.
Aşxma.az xəbər verir ki, bu barədə “Business Insider” nəşri məlumat yayıb.
Onun vəzifəsini isə iyunun 5-dən Linda Yakkarino yerinə yetirir.
Qeyd edək ki, amerikalı milyarder “Tesla” və “SpaceX” şirkətlərinin sahibidir. O, ötən il tviteri 44 milyard dollara almışdı.